Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyi olaraq Rusiya
Federasiyasının Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 30-cu
ildönümü ilə bağlı tədbir təşkil niyyətində idik. Bu məsələrlə bağlı
mən tez-tez Sankt- Peterburqdakı təşkilatlarla əlaqələr saxlayırdım. Belə təşkilatlardan
biri də Sankt-Peterburq şəhərindəki “Çinar” Azərbaycan Mədəni-Maarif Mərkəzi
idi. Bu mərkəzin rəhbəri, ürəyi daim Azərbaycanla olan Xeyransa Mirzəyeva, sədr
müavini isə Ülviyyə Abbasovadır. Tədbirin təşkil edilməsi üçün Ülviyyə xanımla online
əlaqələr saxlayır, Xocalı soyqırımı ilə bağlı tədbirin təşkili məsələləri ilə bağlı
öz fikirlərimi, təkliflərimi bildirirdim. Ülviyyə xanım isə mənim narahatlığımı
anlayır və tədbirin yaxşı keçəyəyini bildirirdi. Onun səhhətində problemlərin
olmasına baxmayaraq, 26 fevral 2022-ci il tarixdə Sankt-Peterburq şəhərində Xocalı
soyqırımının 30-cı ildönümü ilə əlaqədar yüksək səviyyədə tədbir təşkil olundu.
Azərbaycansevər,
ziyalı xanım olan Ülviyyə Abbasova 1977-ci
ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Balaxanı qəsəbəsi
4 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində
çalışmışdır. 2003-cü ildə ailə həyatı
quraraq Rusiyanın Sankt-Peterburq şəhərinə köçmüşdür.
Sankt-Peterburq şəhərində ixtisasdəyişmə üzrə təhsil alaraq orta məktəbdə
ibtidai sinif müəllimi təhsilinə yiyələnmişdir. Hal-hazırda Sankt-Peterburq şəhərində 104 saylı şəhər orta məktəbində
ibtidai sinif müəllimi vəzifəsində çalışır. 2013-cü ildə Sankt-Peterburq şəhərində fəaliyyət göstərən
Sankt-Peterburq şəhəri Azərbaycanlıların Milli Muxtariyyətində bazar günü məktəbində
Azərbaycan dili və tarixini tədris etmişdir. Sankt-Peterburqda 24 ildir fəaliyyət göstərən
“Çinar” vokal - xoreoqrafik ansambılının fəaliyyətində ansambılın bədii rəhbəri kimi Xeyransa xanımın böyük təsiri
olmuşdur. Ülviyyə xanım ansambılla birgə Sankt-Peterburq şəhərində təşkil olunmuş tədbirlərdə
fəal iştirak edir, bir sıra tədbirlərin bilavasitə təşkilatçısıdır. “Çinar”
vokal-xoreoqrafik ansamblının 24 illik səhnə fəaliyyəti ilə bağlı 2018-cildə keçirilmiş
konsertin bilavasitə təşkilatşısı və ssenari müəllifidir. “Çinar” vokal-xoreqorafik ansamblının bədii rəhbəri
Xeyransa xanım Mirzoyeva 2021-ci ildə “Çinar” ansamblın fəaliyyətini genişləndirərək
onu Milli-Mədəni Mərkəzə çevirmək ideyası və
Ülviyyə xanıma Mərkəzin həmtəsisçisi və sədr müavini olması təklifi ilə
müraciət etmişdir. Ülviyyə xanım təklifi böyük məmnuniyyətlə qəbul
etmişdir. 2021-ci il aprel ayından
Sankt-Peterburq şəhərində “Çinar” Azərbaycan Milli-Mədəni Mərkəzi Rusiya Ədliyyə
Nazirliyində qeydiyyatdan keçərək fəaliyyət göstərir. Mərkəz yarandığı gündən
etibarən şəhərin ictimai həyatında fəal iştirak edir. 2021-ci
ildən Beynəlxalq Qadınlar Cəmiyyətinin Sankt-Peterburq Şöbəsinin və
Sankt-Peterburq Yaradıcılar İttifaqının üzvüdür.
Onu da qeyd etmək istərdik ki, Ülviyyə Abbasova Rusiyanın
Sankt-Peterburq şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı keçirilən
“Xocalı Genosidinə Ədalətli Baxış” adlı tədbirin fəal təşkili və Dünya Azərbaycanlılarının
Həmrəyliyi sahəsində göstərdikləri xidmətlərə görə, “Dünya Azərbaycanlıların
Həmrəyliyinə Dəstək” İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif
olundu.
Tofiq Əli-zadə.
“Dünya Azərbaycanlıların
Həmrəyliyinə Dəstək” İctimai Birliyinin
sədri